Xanım Tsin

“Quldur” sözünü eşitdikdə sizdə hansı assosiasiya yaranır? Çiynində tutuquşu olan, bir ayağı taxtadan və bir göz yaylıq arxasında gizlənmiş vahiməli qoca kişi. İndi isə öz nəzərlərinizi Çin Xalq Respublikasına – Çjen Şiyə yönəldin, çinli dəniz döyüşçüsü – bu xanım dünyanın ən məşhur və uğurlu quldurlarından biri kimi tarixə düşmüşdür. Onun sərəncamında 2000 gəmidən 70 000 matrosdan ibarət bir heyət və flot var idi. Bu balaca boylu, zərif xanım döyüşlər aparır, əlində yelpik əvəzinə qılınc tuturdu. O Napoleonun və admiral Nelsonun müasiri idi, yəni onlarla eyni dövrdə yaşayırdı, amma Avropada onu tanıyan yox idi.

Amma bunun əvəzində uzaq şərqdə, cənubi Çin dənizinin sahillərində onun adını ən birinci varlı şəxsdən tutmuş ən sonuncu kasıb şəxsə qədər hamı tanıyırdı. Siz yəqin düşünürsünüz ki, bu həyat tərzi ona – bir göz əlil və bir ayağı çomaqdan ibarət olan atasından miras qalıb, düzdür müəyyən hissədə bu həqiqətdir, amma məsələnin bir balaca “əmması” vardır

Çjen Şinin 26 yaşı olanda, 1801-ci ildə çinli quldurlar onu Kantonda yerləşən əxlaqsızlar evindən götürmüşlər. Quldurların rəhbəri Çjen bu gözəl xanıma evlilik təklif etmiş və xanım razılıq vermişdir, amma əfsanəyə görə o yalnız bir şərtlə razılıq verib ki, həm əməliyyatlara rəhbərlikdə, həm də ələ keçirilmiş mənfəətin bölgüsündə iştirak edəcək. Quldur şərtləri qəbul edib.

Altı il ərzində cütlük birlikdə Cənubi-Çin dənizinin sahillərində bütün rəqibləri qırıb, öz donanmalarındakı gəmilərin sayını 400-ə çatdırırlar. 1807-ci ildə Çjen İ vəfat edəndə, tarixə Çjen Şi (Çjenin dul xanımı) adı ilə düşən dul qadın idarə etmə sükanını öz əlinə alır.

Yeni kapitan xanım olduqca sərt qanunlar tətbiq edir və döyüşkən quldur dəstələrini əsl nizam-intizamlı orduya çevirməyə müvəffəq olur. Quldurlar qiyam qaldırmağa çalışır, amma ard-arda edilmiş bir neçə nümayişkar edamlar quldurları mövcud durumla barışmağa məcbur edir, dəniz kənarı kəndlər isə kütləvi şəkildə quldurbaşı xanımın nəzarəti və hakimiyyəti altına keçir (onun müdafiəsi altında yaşamaq daha rahat idi) və onlar könüllü şəkildə Çjen Şinin flotunu lazımı sursat və qida ilə təchiz edirlər.

1808-ci ildə Çinin bütün imperator donanması quldurlar ilə döyüşə göndərilir. Xanım Tsin ona qarşı göndərilmiş eskadranı özü tərəfindən hazırlanmış hiyləgər piramida tələsinə saldı, döyüşdə qalib gələrək 60-dan çox gəmini ələ keçirdi. Eskadraya rəhbərlik edən admiral daha sonra bu biabırçılığa dözməyib, intihar etdi. Onda Çin hakimiyyəti quldur xanımın üzərinə qərbli avantüristləri göndərməyə cəhd edir, amma onlar da heç bir uğura nail ola bilmirlər. Başa düşdükdə ki, Çjen Şini məğlub etmək mümkün olmayacaq, rəsmilər ona sülh sazişi təklif edir və 1810-cu ildə təklif qəbul edilir.

Fərqli hesablamalara görə sayları 17000-dən 80 000-ə qədər olan quldurlar hamısı tam amnistiya alır, talan edilmiş sərvəti özlərinə saxlayır və imperatorun xidmətinə keçirdilər. Bu Çin sularında quldurluğun sonu demək idi.

Çjen Şi 69 yaşına qədər yaşayır, gözəl bir mehmanxananın (tərkibində oyun zalı və bar olan) qanuni sakininə çevrilir və bəlkə də bəşər tarixində ən uğurlu quldur karyerasına imza atmış olur.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.