5 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

Xankəndini tərk edən ermənilərin sayı açıqlandı

Erməni əhalisi Azərbaycanın işğal altındakı ərazilərini, o cümlədən Xankəndini tərk edir.

Ermənistan KİV-nə istinadən xəbər verilir ki, işğal altındakı baş şəhərin “vitse-meri” Suren Tamrazyan Xankəndi sakinlərinin 50%-dən çoxunun Ermənistana qaçdığını etiraf edib.

“Şəhərdə qalmaq təhlükəsiz olmadığı üçün onların çoxu Ermənistana üz tutub”.

Tamrazyanın sözlərinə görə, qadınlar, uşaqlar və yaşlılar kütləvi şəkildə Xankəndi-Gorus yolu ilə bölgəni tərk edir. Döyüşlərə qədər, 50 min sakini olan şəhərdə hazırda 25 min sakin və hərbçi qalıb.

Mənbə:Modern.az
Son xəbərlər
Oxşar xəbərlər