Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə İlkin Abdullayev Xankəndi Şəhər Məhkəməsinə hakim və sədr təyin edilib.
İ. Abdullayev 1985-ci ildə Kürdəmir rayonunda dünyaya gəlib.
O, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib.
Əvvəllər Sabirabad rayon prokurorunun böyük köməkçisi, 2018-2021-ci illərdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi, 2021-ci ildən isə Şirvan Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində çalışıb.