“Azərişıq” ASC Harmony Industrial Construction and Engineering Group” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 5.4 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Xankəndi şəhəri ərazisində yerləşən mövcud “Xankəndi Şəhər” yarımstansiyasının əvəzinə yeni yarımstansiyanın tikintisi və 35 kV-luq iki dövrəli kabel xəttinin çəkilməsi (Yarımstansiya №2) nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 5 439 105 manatdır.