6 C
Baku
Sunday, December 15, 2024

“Xankəndi” tankeri istismara qəbul olunub

Dövlət Neft Şirkəti (SOCAR) və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Müşahidə Şuralarının razılığı ilə paritet əsaslarla yaradılaraq Ələt Azad İqtisadi Zonasında qeydiyyatdan keçirilmiş “SA Maritime AFEZCO” Birgə Müəssisəsinin bazar araşdırmaları nəticəsində alınmış sayca 4-cü “Aframax” tipli tanker istismara qəbul olunub.

Bu barədə ASCO-nun məlumatında bildirilir.

Məlumata görə, Prezident İlham Əliyevin tapşırığı ilə gəmiyə qədim Azərbaycan torpağının şərəfinə “Xankəndi” adı verilib.

Bundan əvvəl istismara verilən “Aframax” tipli digər tankerlərimiz kimi, “Xankəndi”ni də “ASCO Shipmanagement AFEZCO” idarə edəcək.

Tanker Türkiyənin Aliağa limanında SOCAR, ASCO, “SA Maritime AFEZCO”nun rəsmi nümayəndələrinin və gəmi heyətinin iştirakı ilə istismara qəbul olunub. Dövlət Himnimizin sədaları altında “Xankəndi” tankerində üçrəngli bayrağımız qaldırılıb.

ASCO-nun İdarə heyəti sədrinin müavini Tariyel Mirzəyev “Xankəndi” tankerinin istismara verilməsi münasibətilə bütün dənizçiləri təbrik edib, heyətə uğurlar arzulayıb.

Tədbirdə həmçinin gəmi kapitanına milli suvenirlər təqdim olunub.

Mərasimdə məhdudiyyətsiz üzmə imkanlarına malik olan və Xəzərdənkənar sularda üzəcək “Xankəndi” tankerinin istismara verilməsinin Azərbaycan iqtisadiyyatı və milli gəmiçilik üçün strateji əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Tədbirdə o da qeyd olunub ki, həm “Xankəndi”, həm də digər bu tip gəmilərimizdə heyətin milli dənizçi kadrlardan formalaşdırılması əsas prioritetlərdəndir. Artıq bu tip gəmilərin heyət üzvləri sırasında azərbaycanlı dənizçilər də var. Onlardan ikisi – kapitanın 3-cü köməkçisi Cahangir Yaqubov və 4-cü mexanik Teyyub Məmmədov “Xankəndi” gəmisində işləyir.

Gəmiqayırmanın son nailiyyətləri əsasında inşa olunan tankerin dedveyti (ümumi yükgötürmə qabiliyyəti) 115 521 tondur. Uzunluğu 249,95 metr, eni 44 metr, bortunun hündürlüyü 21,20 metr, suya oturumu 15,22 metr, makimum sürəti 16 knotdur.

bb3ba386 deb1 3ff2 be4e 2af77ad5926a a9084551 0f37 388d 8985 d9aa0ff3df46 1b67aacc 3670 3b88 b607 610f00eb9bde dca6944e 67a1 3f33 83f4 8190285e03be f9193903 fbfa 3cea b87f fa6cb0245731 368de6dc 1593 3b4f b39a 8c3884fd70ab

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər