Ərazi Tikinti-Planlaşdırma Mərkəzi “Qala Group” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə “Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin Xankəndi şəhərində inzibati binasının tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanması xidmətləri” nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 330.990 AZN təşkil edir.