2024-cü ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilə nisbətən 8.1 faiz artaraq 1009,2 manat təşkil edib.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Orta aylıq əməkhaqqının ən yüksək olduğu şəhər Xankəndidir. Belə ki, Xankəndi şəhərində bu göstərici 1 627.2 manat təşkil edib. Digər ikinci ən çox əməkhaqqının olduğu şəhər Bakıdır. Burda orta aylıq əməkhaqqı 1 269.2 manatdır.
Daşkəsən 1 146,3 manat olmaqla 3-cü yerdə, Ağdərə rayonu 939.4 manat olmaqla 4-cü yerdə, Zəngilan 911 manat olmaqla 5-ci yerdədir. Zəngilandan sonra yüksək maaş Şuşa (907.5 manat), Sumqayıt (864.7 manat) və Naxçıvandadır (864.1 manat)
Ölkə üzrə ən aşağı orta aylıq əməkhaqqı Qax, Balakən və Ağdaş rayonlarında qeydə alınıb. 1 yanvar 2025-ci il tarixinə olan statistik rəqəmlərə əsasən Qaxda orta aylıq maaş 539.1 manat, Balakəndə orta aylıq əməkhaqqı 572 manat, Ağdaş rayonunda isə 584.6 manat təşkil edib.