21 C
Baku
Wednesday, June 4, 2025

Xankəndidə özəl sektor tərəfindən yeni yaşayış binaları tikiləcək

Xankəndi şəhərində aparılan genişmiqyaslı tikinti-quruculuq işləri çərçivəsində yeni yaşayış binaları inşa ediləcək.

Bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunun panelində çıxışı zamanı deyib.

Bildirib ki, Xankəndi şəhərindəki yaşayış binalarının əksəriyyəti ötən əsrin 1950-1960-cı illərində inşa olunub. Şəhərin müxtəlif küçə və prospektlərində yerləşən və o zamanlar Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə tikilmiş hündürmərtəbəli yaşayış binalarının əksəriyyəti artıq istismar müddətini başa vurub. Qəzalı vəziyyətdə olan binalar müvafiq qurumların rəyi əsasında sökülərək, yerində müasir, Azərbaycanın memarlıq üslubuna uyğun hündürmərtəbəli yaşayış binaları tikiləcək. İnşaat işləri dövlət büdcəsi hesabına yox, özəl sektor tərəfindən tikinti şirkətləri vasitəsilə həyata keçiriləcək. Bu da doğma Xankəndidə dayanıqlı məskunlaşmaya və yeni iş yerlərinin yaranmasına səbəb olacaq. Bir sözlə, özəl sektor tərəfindən həyata keçiriləcək tikinti işləri bölgədə iqtisadiyyatın inkişafına müsbət təsir göstərəcək.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər