28 C
Baku
Monday, July 8, 2024

Xankəndidə “Qarabağ” hotelinin açılışı olub – Yenilənib

16:28

İyulun 5-də Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub.

Banker.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verdi.

Qeyd edildi ki, hotel ötən əsrin ortalarında istifadəyə verilib. 2023-cü ildə 24 saatlıq antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün tam bərpasından sonra Prezident İlham Əliyevin tapşırığına əsasən, hoteldə təmir-bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə başlandı. Yenidənqurma işlərindən sonra bina ilkin görkəminə qaytarılıb.

Bildirildi ki, hotelin keçmiş adı da qaytarılıb və “Qarabağ” adı ilə fəaliyyət göstərəcək. Müasir səviyyəyə çatdırılan hoteldə Xankəndi şəhərinə səfər edəcək qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb. Burada müxtəlif kateqoriyalı otaqlar var. Binada restoran da qonaqların ixtiyarına veriləcək. Hoteldə işgüzar görüşlər və tədbirlər keçirmək də mümkün olacaq.

Hotelə yaxın olan ərazidə abadlıq işləri də görülüb.

***

09:45

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub.

Banker.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışında iştirak edib.

6687bb87489d16687bb87489d217201713996687bb87489cf6687bb87489d0 6687bb8714bc16687bb8714bc217201713996687bb8714bbf6687bb8714bc0 6687bb87359346687bb873593517201713996687bb87359316687bb8735932 6687bb87430566687bb874305717201713996687bb87430536687bb8743055 6687bb876627b6687bb876627c17201713996687bb87662796687bb876627a 6687bb87748996687bb877489a17201713996687bb87748966687bb8774897 6687bb87848386687bb878483917201713996687bb87848356687bb8784837 6687bb8793c846687bb8793c8517201713996687bb8793c816687bb8793c82 6687bb87a14cd6687bb87a14ce17201713996687bb87a14ca6687bb87a14cc 6687bb87ae6696687bb87ae66a17201713996687bb87ae6666687bb87ae668 6687bb872672a6687bb872672b17201713996687bb87267276687bb8726729

Son xəbərlər
Digər xəbərlər