14 C
Baku
Saturday, November 23, 2024

Xankəndidəki tikiş fabrikində istehsal olunan məhsulların 80%-i ixrac ediləcək

Xankəndi şəhərindəki tikiş fabrikində yüksəkkeyfiyyətli trikotaj məhsullar istehsal olunur. Tikiş fabriki Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının nəticəsidir. Azərbaycan və Özbəkistan prezidentləri noyabrın 13-də videobağlantı vasitəsilə fabrikin açılış mərasimində iştirak ediblər.

“BUSINESS TEX JV” şirkətinin direktoru Əfqan Müslümov bildirib ki, ərazisi 1,2 hektar olan fabrikin ümumi investisiya dəyəri 11 milyon manatdır. Fabrikin xammal tədarükü üçün birgə sənaye əməkdaşlığı həyata keçirilir. Müəssisə həm yerli, həm də Özbəkistan xammalı əsasında fəaliyyət göstərir. Fabrikdə ildə 3-5 milyon ədəd müxtəlif trikotaj məhsulları istehsal ediləcək. İstehsal olunacaq məhsulların 80 faizi ixrac ediləcək.

Müəssisə işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşların məşğulluğunun təmin olunmasında mühüm rol oynayacaq. Layihənin ilkin mərhələsi üzrə peşəkar təlim almış 250 nəfər hazırda işlə təmin olunub. Ümumilikdə isə burada 800 iş yerinin yaradılması nəzərdə tutulur.

İcraçı direktor Günel Əlizadə bildirib ki, hazırda müəssisədə idman geyimləri istehsal edilir. “Made in Azerbaijan” brendi ilə istehsal olunan məhsullar yüksək keyfiyyəti ilə seçilir. Gələcəkdə mərhələli şəkildə digər geyim növlərinin istehsalı da planlaşdırılır.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər