17 C
Baku
Friday, October 18, 2024

Xankəndiyə ilk investisiyaların həcmi açıqlanıb

2023-cü ildə Qarabağ iqtisadi rayonuna 2 milyard 254.4 milyon manat investisiya qoyulub.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 20 % çoxdur.

Məlumata görə, bunun 33.1 %-i Füzuli rayonuna, 27.8 %-i Şuşa rayonuna, 26,2 %-i Ağdam rayonuna yönəldilib.

Hesabat dövründə Qarabağ iqtisadi rayonuna daxil olan Ağcabədi rayonuna sərmayə qoyuluşu 84,3 % artaraq 76,613 milyon manata, Bərdə rayonuna 3,5 dəfə azalaraq 10,647 milyon manata, Xocalı rayonuna 20,8 dəfə arataraq 5,304 milyon manata, Xocavənd rayonuna 34,9 % azalaraq 112,088 milyon manata, Tərtər rayonuna sərmayə qoyuluşu isə 42,2 % artaraq 86,151 milyon manata çatıb, Ağdərə rayonuna sərmayə ayrılmayıb, Xankəndi şəhərinə isə ilk dəfə 31,5 min manat sərmayə qoyulub.

Son xəbərlər
Digər xəbərlər