Xaosla mübarizə aparmaq üçün dörd vərdiş

0

SƏKKİZ ay bundan əvvəl bizim üçüncü uşağımız dünyaya gəlib. Əvvəllər biz karyera qurmaq, stress ilə mübarizə aparmaq və hətta “illik planlama” haqda yazırdıq. Əlbəttə ki, biz bu gözəl və həyatımızı tamamilə dəyişdirən hadisəyə hazır idik. Mike Tyson deyir: “İlk zərbəyə qədər hər bir kəsin planı var”.

Ötən ildə həyatımızda bir çox dəyişikliklər oldu. Biz hər zaman həyatımızın optimallaşdırılması ilə məşğuluq: bizim üçün daha vacib olan prioritet vəzifələri müəyyən edirik, o qədər də vacib olmayanlardan isə imtina edirik.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Bəlkə də siz iş və ya yaşayış yerinin dəyişməsi, xəstəlikdən əziyyət çəkən valideynlərə qayğının göstərilməsi və disəgər bu kimi hadisələr səbəbindən prioritetlərinizi yenidən düşünməyə məcbursunuz. Uzunmüddətli vəzifələr yenə də vacib olaraq qalırlar, lakin biz onları unuduruq.

Əgər həyatınızın daha sabit və dayanıqlı olmağını istəyirsinizsə, özünüzdə gündəlik və həftəlik vərdişləri inkişaf elətdirməyiniz vacibdir. Onlar sizin uzunmüddətli məqsədlərinizə uyğun olmalıdırlar, bu vərdişlər həyatınızın çətin və xaotik dövrlərində sizə yolunuzdan dönməməyə kömək edəcək. Gəlin bu haqda daha ətraflı danışaq.

İlk olaraq sizin üçün vacib olan vərdişləri müəyyən etməyiniz lazımdır. Əsas odur ki, heç nəyi çətinləşdirməyin. Həyatınıza nəzarət etmək üçün gün və ya həftə ərzində hansı vəzifələri yerinə yetirməlisiniz? Onları yazın və izləyin.

Bu işdə sizə Momentum tətbiqi kömək edə bilər. Onun köməyi ilə siz gündəlik və ya həftəlik vərdişlərinizi müəyyən edə bilərsiniz. Proqram bu və ya digər vərdişin yerinə yetirilməsi üçün sizə bildiriş göndərəcək. Əgər konservativ insansınızsa. sadə Excel cədvəlindən və ya kağız gündəliyindən istifadə edə bilərsiniz.

Biz düşünürük ki, ən vacib vərdişlər əsas dörd sahə ilə bağlıdır.
Birinci, özünü təhlil etmə. İnsandan inana fərq var, ona görə özünü təhlil zamanı istifadə etdiyiniz alətlər müxtəlif ola bilər. Biz həyat yoldaşımla Allaha inanırıq, ona görə də duaları da bu təhlilə əlavə edirik. Əslində, özünü təhlildə din ilə heç bir əlaqəsi olmayan vərdişlər də aiddir, məsələn, gündəliyin yazılması, “təşıkkür bloknotu” nun taradılması və s. Tədqiqatlar göstərir ki, bu praktika insanlara həyatda baş verənləri daha yaxşı başa düşməyə və pozzitiv momentlərə sevinməyə kömək edir.
Bundan əlavə, peşəkar fəaliyyətin təhlilinə də vaxt tapmağınız olduqca önəmlidir. Uzun illərdir ki, Con eyni qaydaya riayət edir. O, hər bazar günü gündəliyinə həftəlik planını qeyd edir, Bu vərdiş gündəlik işləri strukturlaşdırmağa və beynin yükünü azaltmağa kömək edir.

Vərdişlərin üçüncü kateqoriyası münasibətlərin inkişaf elətdirilməsidir. Sosial elmlər sahəsində aparılan tədqiqatlar göstərir ki, şəxsi münasibətlər və xoşbəxtlik bir-biri ilə sıx əlaqədədirlər. Münasibətlər sizin əsas prioritetlərinizdən biridir, siz onları idarə etməlisniz. Hal-hazırda bir öz diqqətimizi uşaqlar və bir-birimiz üzərində cəmləşdirmişik. Bir cütlük kimi biz bir-birimizlə hər gün vaxt keçirməyə çalışırıq.Bütün bunlar xırda bir şey kimi görünsə də, pozitiv münaibət və emosional xoşbəxtlik üçün çox vacibdir.

Və nəhayət, bizim fikizi və psixiki sağlamlığımız üçün müəyyən vərdişlərə ehtiyacımız var. Tədqiqatlar göstərir ki, həftədə ən az iki dəfə idmanla məşğul olan insanlar. özlərini daha xoşbəxt hiss edirlər. 20 dəqiqəlik idman fasiləsi bizim əhval-ruhiyyəmizə müsbət təsir edir. Əgər psixiki gərginliyi aradan qaldırmaq istəyirsinizsə, meditasiya ilə məşğul olun. Headspace və Calm tətbiqləri sizə bu işdə kömək edə bilərlər.

Bizim hər birimizin öz şəxsi həyatı var. Hər bir insanın həyatında yüksək məşğulluq, xaos və stress dövrləri olur. Çətinliklərə qalib gəlmək üçün gündəlik və həftəlik vərdişlərdən istifadə edin. Bu vərdişlər sizə diqqəti əsas vəzifələr üzərində cəmləşdirməyə və xoşbəxt olmağa kömək edəcəklər.