17 C
Baku
Monday, May 20, 2024

Xaricə ən çox məhsul satan özəl şirkətin adı açıqlandı

2021-ci ilin yanvar-mart ayında qeyri-dövlət ixracatçı subyektlərin ixrac gəlirlərinin həcmi açıqlanıb.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin aprel sayında məlumat verilib.

Siyahıya 40 milyon dollar ixrac həcmi ilə “MKT İstehsalat Kommersiya” MMC başçılıq edir. Daha sonra 15 milyon dollar ixrac həcmi ilə “P-Aqro” MMC gəlir.

Ölkəyə ən çox gəlir gətirən növbəti üç şirkət isə – “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”  (11.8 milyon dollar), “Baku Steel Company” MMC (10.4 milyon dollar), “Sun Food” MMC-dir (10.3 milyon dollar).

Son xəbərlər
 ⁠
Digər xəbərlər