20 C
Baku
Cümə, Oktyabr 22, 2021

Xaricə 159 milyon dollarlıq pambıq mahlıcı satılıb

faizlere

2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan 158.7 milyon ABŞ dolları dəyərində pambıq mahlıcı ixrac edilib.

Banker.az xəbər verir ki, bu barədə  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın noyabr sayında bildirilir.

Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə pambıq mahlıcı ixracının 16.6 milyon ABŞ dolları yaxud 12% artması deməkdir. 2019-cu ilin yanvar-oktyabr aylarında isə ixracın məbləği 142.1 milyon ABŞ dolları olub.

Cari ilin təkcə oktyabr ayında isə 12 milyon ABŞ dolları dəyərində pambıq mahlıcı ixrac olunub. Ötən ilin eyni dövründə bu göstərici 5 milyon ABŞ dolları idi. Belə ki, illik müqayisədə oktyabrda pambıq mahlıcının dəyəri 2.4 dəfə artıb.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər