27 C
Baku
Saturday, July 27, 2024

Xaricə alma satışından Azərbaycana daxil olmuş valyutanın məbləği məlum oldu

2020-ci ilin 10 ayında xaricə alma satışından Azərbaycana 21 milyon 201 min dollar valyuta daxil olub.

Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2020-ci ilin yanvar-oktyabr dövründə Azərbaycandan 21 milyon 201 min dollar dəyərində 51 min 192 ton alma ixrac edilib.

Ötən ilin müvafiq dövründə isə Azərbaycandan 28 milyon 798 min ABŞ dolları dəyərində 70 min 156 ton alma ixrac edilib. Belə ki, illik müqayisədə alma ixracı dəyər ifadəsində 26.4%, miqdar ifadəsində isə 27% azalıb.

Son xəbərlər
Digər xəbərlər