23 C
Baku
Sunday, July 6, 2025

Xaricə armatur satan şirkət keçən il ₼216 min xalis mənfəət əldə edib

Ölkədə armatur məhsullarının ixracatçısı kimi çıxış edən “Almet Baku” ASC 2024-cü ili 216.1 min manat xalis mənfəətlə tamamlayıb – bu da əvvəlki ilin 153.5 min manatlıq göstəricisi ilə müqayisədə 40.76% daha çoxdur.

Banker.az xəbər verir ki, şirkət əsas əməliyyat gəliri 2023-cü ildəki 11 milyon 665.8 min manatdan 2024-cü ildə 11 milyon 720.4 min manata yüksəlib. Bu, 54.6 min manat və ya 0.47% artım deməkdir. Bununla yanaşı, satışın maya dəyəri də 10 milyon 131.6 min manatdan 10 milyon 461.3 min manata qalxıb ki, bu da 3.25% artıma bərabərdir.

2023-cü ildə 1 milyon 534.2 min manat ümumi mənfəət qeydə alınmışdısa, 2024-cü ildə bu göstərici 1 milyon 259.1 min manata enib. Yəni 275.1 min manat və ya 17.93% azalma baş verib. Əlavə əməliyyat gəlirləri isə bu il ilk dəfə qeydə alınıb və 108.5 min manat təşkil edib.

“Almet Baku” xərclərində müəyyən qənaətə nail olub. Kommersiya xərcləri 272.9 min manatdan 203.4 min manata düşərək 25.47% azalıb. İnzibati xərclərdə isə daha kəskin eniş müşahidə olunub – 452.2 min manatdan 211.9 min manata qədər azalaraq 53.14% qənaət təmin edilib.

Əməliyyat zərəri 2023-cü ildə 631.6 min manat təşkil edirdisə, 2024-cü ildə bu rəqəm 638.3 min manat olub. Bu da 6.7 min manat və ya 1.05% artıma səbəb olub. Eyni zamanda maliyyə xərcləri də azalıb – 439.7 min manatdan 368.1 min manata düşərək 16.28% azalıb.

Son açıq mənbəyə görə, “Almet Baku” nizamnamə kapitalının 90% Rüstəmov Rüfət Telman oğluna və 10% Orucov Elxan Əlisaab oğluna məxsusdur.234242342

Son xəbərlər
Digər xəbərlər