21 C
Baku
Monday, May 20, 2024

Xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı kəskin artıb

Bu ilin yanvar-fevral aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı illik ifadədə 3 dəfə artaraq 184,2 min nəfər olub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 4,3 dəfə, İrana gedənlərin sayı 4,3 dəfə, Türkiyəyə gedənlərin sayı 2,6 dəfə, Gürcüstana gedənlərin sayı isə 2,3 dəfə artıb. Ölkə vətəndaşlarının 40,5%-i Türkiyəyə, 24,9%-i Rusiyaya, 11,7%-i İrana, 7,8%-i Gürcüstana, 15,1%-i digər ölkələrə səfər edib. Gedənlərin 68,3%-ni kişilər, 31,7%-ni qadınlar təşkil edib.

2022-ci ilin yanvar-fevral aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 35%-i dəmir yolu və avtomobil, 62,6%-i hava, 2,4%-i isə dəniz nəqliyyatından istifadə edib.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər