25 C
Baku
Saturday, April 20, 2024

Xaricə ən çox peyvənd bağışlayan ölkə ABŞ olub

ABŞ 65 fərqli ölkəyə koronavirus əleyhinə 110 milyon dozadan çox peyvənd bağışlayıb.

Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.

Co Baydenin sözlərinə görə, bu, Rusiya və Çin də daxil olmaqla bütün digər ölkələrin bağışladığı miqdardan çox olub.

“Pandemiyadan ən çox əziyyət çəkən 65 ölkəyə 110 milyondan çox ABŞ peyvəndi göndərmişik. BMT-nin məlumatlarına görə, bu, Çin və Rusiya da daxil olmaqla digər ölkələrin bağışladığından çoxdur”, – deyə Bayden Ağ Evdə çıxış edərkən söyləyib.

“Bütün bunlar pulsuzdur. Biz onları satmırıq. Heç nə tələb etmirik, heç bir şərt qoymuruq. Bu məsələdə favoritizm yoxdur. Biz bunu insanların həyatını xilas etmək və pandemiyaya son qoymaq üçün edirik”, – deyə siyasətçi əlavə edib.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər