22.8 C
Baku
Monday, October 7, 2024

Xaricə 83 milyon dollarlıq pambıq mahlıcı satılıb

2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan 82.7 milyon ABŞ dolları dəyərində pambıq mahlıcı ixrac edilib.

Banker.az xəbər verir ki, bu barədə  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın oktyabr sayında bildirilir.

Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə pambıq mahlıcı ixracının 2.8 milyon ABŞ dolları yaxud 3.3% azalması deməkdir. 2019-cu ilin yanvar-sentyabr aylarında isə ixracın məbləği 85.5 milyon ABŞ dolları olub.

Cari ilin sentyabr ayında isə 6.1 milyon ABŞ dolları dəyərində pambıq mahlıcı ixrac olunub.

 

Son xəbərlər
Digər xəbərlər