13 C
Baku
Saturday, November 23, 2024

Xaricə aparılan və ya gətirilən mallar öncədən elektron bəyan ediləcək

Dövlət Gömrük Komitəsinin yeni elektron xidmətini istifadəyə verib.

Banker.az xəbər verir ki, sərnişinlər üçün “Sadələşdirilmiş bəyannamə” elektron xidməti vasitəsilə xaricə apardığınız və ya gətirdiyiniz malları artıq öncədən internetə çıxışı olan istənilən məkandan e.customs.gov.az portalı, “Smart customs” mobil tətbiqi və gömrük-sərhəd buraxılış məntəqələrində quraşdırılan köşklər üzərindən bəyan edə bilərsiniz.

Yeni xidmət valyuta və nəqliyyat  vasitələrini də onlayn qaydada bəyan etməyə, bəyannamələrinizin statusunu və güzəştli limitinizin hədlərini izləməyə, gömrük ödənişlərini onlayn qaydada həyata keçirməyə imkan verir.

Azərbaycan dili ilə yanaşı, ingilis, rus dillərində də təqdim olunan xidmətdən  xarici vətəndaşlar da istifadə edə bilərlər.

 

Son xəbərlər
Digər xəbərlər