21 C
Baku
Friday, October 11, 2024

Xaricə malların satışından ən çox bu şirkətlər qazanıb – Yeni Reytinq

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin mart sayı təqdim edilib.

Banker.az xəbər verir ki, “İxrac İcmalı”-nın 2021-ci ilin yanvar-fevral ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: “MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “P-Aqro” MMC,  “Baku Steel Company MMC”,  “Critical Fruit” MMC, “Almeyvə” MMC, “Metal Trader LTD” MMC,  “Sun Food” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC  və “Aqrovest” MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Socar Polymer” MMC, “Azəralüminium” MMC, “Azergold” QSC, “Azərenerji” ATSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Dəmir Yolları” QSC, “Azəripək” MMC, “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC və “Azərbaycan Hava Yolları” QSC.

6 2 7

Son xəbərlər
Digər xəbərlər