Bu ilin 5 ayı ərzində elektrik enerjisinin ixracı 569.9 mln. kVt·st olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə 47.7 mln. kVt·st artıb.
Banker.az bu barədə Energetika Nazirliyinin açqladığı hesabata istinadən xəbər verir.
Belə ki, bu dövrdə İrana 14.4 mln. kVt·st, Türkiyəyə 12.7 mln. kVt·st, Rusiyaya 39.4 mln. kVt·st, Gürcüstana isə 503.4 mln. kVt·st elektrik enerjisi ixrac edilib.
Dövlət Gömrük Komitəsinin açqladığı hesabata əsasən isə bu ilin ilk 5 ayında Azərbaycandan xarici ölkələrə 746 milyon 29.82 min kVt·st elektrik enerjisi ixrac edilib ki, illik müqayisədə bu, 159 milyon 205.06 kVt·st azalıb. İxrac edilmiş elektrik enerjisinin dəyəri isə 30 milyon 326 min ABŞ dolları təşkil edib.
Elektrik enerjisinin ixracı ilə bağlı Dövlət Gömrük Komitəsinin, Energetika Nazirliyinin açıqladığı rəqəmlər üst-üstə düşmür.