16 C
Baku
Thursday, April 18, 2024

Xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 16% artıb

Bu ilin yanvar-oktyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,9% artaraq 4 653,9 min nəfər olub.

Ölkə vətəndaşlarının 36,5%-i İrana, 28,8%-i Gürcüstana, 17,5%-i Rusiyaya, 11,6%-i Türkiyəyə, 5,6%-i isə digər ölkələrə gedib. Gedənlərin 64%-ni kişilər, 36%-ni qadınlar təşkil edib.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 31,5%, Gürcüstana gedənlərin sayı 12,9%, Rusiyaya gedənlərin sayı 6,3%, Türkiyəyə gedənlərin sayı isə 4,5% artıb.

Cari ilin yanvar-oktyabr aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 82,3%-i dəmir yolu və avtomobil, 17%-i hava, 0,7%-i isə su nəqliyyatından istifadə edib.

©APA-Economics

Son xəbərlər
Digər xəbərlər