12 C
Baku
Friday, March 29, 2024

Xaricdə MBA

Xaricdə MBA təhsili 100 ildən çoxdur ki inkişaf edir. Mütəxəssislər qeyd edirlər ki, hər bir Qərb ölkəsi və hətta biznes məktəbi öz öyrənmə metodlarını inkişaf etdirmişlər. MBA proqramlarının effektivliyi məkandan deyil, təhsil müəssisəsindən və müəllimlərin ixtisaslaşma səviyyəsindən asılı olaraq dəyişir.  Buna görə də MBA təhsilini hansı ölkədə almağınız vacib deyildir: biznes məktəbinin seçimi daha vacibdir.

Avropa ölkələrində MBA

Financial Times-ın illik reytinqlərinə görə, Avropada MBA proqramlarının keyfiyyətinə görə liderlər sırasına Birləşmiş Krallıq, İspaniya, Fransa, Almaniya, Hollandiya, İsveçrə və İtaliya ölkələri daxildir.

Almaniya

Almaniya, Avropada MBA proqramları təqdim edən ölkələrin reytinq cədvəllərində nisbətən yaxın vaxtlarda ortaya çıxdı, lakin buna baxmayaraq daim yüksək mövqe tutur. Almaniyanın özəl universitetlərində təhsil haqqı ödənişlidir, dövlət ali təhsil müəssisələrində isə ikinci ali təhsil tamamilə pulsuz əldə oluna bilər.

Biznes məktəblərdə dərslər alman dilində tədris olunur, buna baxmayaraq MBA təhsilini alan xarici tələbələr üçün ingilis dili bölməsi də yaradılmışdır. Təhsilin yüksək keyfiyyəti və demokratik qiymətlər xaricdən ölkəyə biznesin idarə edilməsini öyrənmək istəyən tələbələrin axınına səbəb olur. Məsələn, Berlin Avropa İdarəetmə və Texnologiya Məktəbində  tələbələrinin 90% -i xaricilərdir.

Almaniyanın ən məşhur biznes məktəblərindən biri University of Mannheim təhsil müəssisəsidir. O, bizə iki MBA proqramını təklif edir:

  1. European  MBA (1-year MBA proqram). Daha sürətli və nisbətən (Avropa standartlarına görə) ucuz təhsil. Tədris ingilis dilindədir.
  2. ESSEC&-Mannheim Modular Executive MBA. Proqram 20 ay müddəti üçün nəzərdə tutulub və beş moduldan ibarət olmuşdur, hansılar ki Brüssel, Mannheim, Madrid, Paris və Budapeşt şəhərində keçirilirlər. Təhsil haqqı 21 800 avro təşkil edir. Tədris ingilis dilindədir.

Almaniyada MBA proqramını realizə edən universitetlərdən biri, International Center for Graduate Studies at the University of Gamburg universitetidir. Universitetə qəbul bakalavr piləsi əsasında mümkündür. Ali təhsili təsdiq edən diplomdan başqa namizəd siyasət və hüquq və ya biznes sahəsində müəyyən biliklərə malik olmalıdır. İki illik olan bu proqram, sizə 10 000 dollara başa gələcəkdir.

Niderland

Bu, o qədərdə böyük olmayan bir ölkədə, beynəlxalq təhsil müəssisələrin sayı 15-ə çatmışdır. Onlar, əsasən, xarici vətəndaşlara yönəlirlər. Tədris ingilis dilində həyata keçirilir.

Hollandiyadakı MBA proqramlarının müddəti 1-2 il təşkil edir. Tədris prosesində tədqiqat işlərinə xüsusilə önəm verilir. Eyni zamanda, burada təhsil digər ölkələrlə müqayisədə interaktivliyi və real biznes ilə əlaqəli olması ilə fərqlənir (tələbələr üçün iri şirkətlərdə təcrübə proqramları da nəzərdə tutulub).

Çox vaxt proqramlara beynəlxalq modullar daxildir. Məsələn, Nyenrode Business University kimi təhsil müəssisəsində International MBA proqramının dinləyiciləri yalnız Hollandiyada deyil, CAR və ÇXR-də də təhsil alırlar. Arnhem Business School – Hollandiyanın ən məşhur biznes məktəblərindən biridir. HAN University qismində fəaliyyət göstərir. Burada təhsil haqqı 8 750 – 15 600 avro arasında dəyişir.

Finlandiya

Finlandiyanın bütün universitetlərində bakalavr və doktorantura pilləsində ali təhsil tamamilə ödənişsizdir. Aİ-na daxil olmayan ölkələrdən gəlmiş tələbələr, magistraturanın ingilisdilli proqramlarına qəbul olduqları zaman ildə 4 000 avro təhsil haqqı ödəyirlər. AMK University of Applied Sciences təhsil müəssisəsində “Biznesin beynəlxalq idarə edilməsi” magistr proqramında təhsil alan tələbələr, hər il 9 000 avro ödəniş edirlər (təhsil müddəti 1,5 il təşkil edir).

Bəzən Finlandiyada MBA təhsili ödənişli də ola bilər. Məsələn, Helsinki şəhərinin biznes məktəbinin Master of Business Administration fakültəsində təhsil haqqı 18 00 avro təşkil edir.

Təcrübəli idarəçilər üçün nəzərdə tutulmuş bir neçə ödənişli MBA proqramına nəzər yetirək:

  1. Aalto EMBA (Aalto University nəzdində iqtisadiyyat məktəbi). 14 ildən çox təcrübəyə malik olan menecerlər üçün nəzərdə tutulmuşdu. Proqramın üç beynəlxalq akkreditasiyası var ( EQUIS, AACSB, AMBA). AMBA Aalto öz tələbələrində iş strategiyası, maliyyə və marketinq sahəsində liderlik keyfiyyətlərini inkişaf elətdirir. Təhsil haqqı 48 500 dollar təşkil edir (500 akademik dərs).
  2. Fiexible Executive MBA (HBS – Henley Business School). Əyani-qiyabi təhsil formasına malik olan bu proqram, öz idarəçilik bacarıqlarını təkminləşdirmək istəyən təcrübəli idarəçilər üçün nəzərdə tutulub. Burada da üç akkreditasiya mövcuddur – AACSB, AMBA və  EQUIS. Təhsil haqqı 28 00 avro təşkil edir (3240 akademik saat).

ABŞ-da MBA

ABŞ-da MBA proqramları üzrə tədris prosesi adətən iki il davam edir. Bəzi özəl məktəblərdə bu müddət tələbənin istedadından və əzmkarlığından asılı olaraq qısaldıla bilər.

ABŞ-da MBA proqramı üzrə təhsil almaq istəyən abituriyentlərə qarşı tələblər:

  1. İngilis dilini mükəmməl bilməli (IELTS və ya TOEFL sertifikatları ilə təsdiq olunmalıdır).
  2. Menecment sahəsində 2-3 illik təcrübəyə malik olmalıdır. Buna baxmayaraq, ABŞ-da təcrübəsiz tələbələri də qəbul edən biznes məktəblər var.
  3. İdarəçilik və ya iqtisadiyyat sahələri üzrə ali təhsil almış olmalıdır. GPA (orta bal) 2,75-dən aşağı olmamalıdır.
  4. Biznes məktəbinin müəyyən etdiyi keçid balını yığaraq, GMAT imtahanından uğurla keçməlidir.  
  5. Tövsiyələr təqdim etməlidir.

ABŞ-da MBA təhsilini təklif edən təhsil müəssisələrin sayı 400-dən çoxdur. Qeyd edək ki, burada təhsil olduqca bahadır. Dövlət müəssisələrində qiymətlər nisbətən daha aşağıdır, məsələn, Ball State University və ya University of North Dakota-da MBA proqramı üzrə təhsil sizə 10 000 dollara başa gələcəkdir.

Stanford, Harvard, Princeton və digər dünyanın ən nüfuzlu universitetlərin nəzdində fəaliyyət göstərən biznes məktəblərdə qiymətlər daha yüksəkdir (illik təhsil haqqı 100 000 dollar təşkil edir. Qeyd etmək lazımdır ki, bu universitetlər tələbəyə təqaüd də ayırırlar, hansı ki ödənişin 10-80%-ni ödəyə bilər.

Birləşmiş Krallıqda MBA

Reytinqin ilk sıralarını Böyük Britaniyanın biznes məktəbləri tutur. Financial Times jurnalının ekspertləri hesab edirlər ki, dünyanın 50 ən yaxşı biznes məktəblərinin 8-i Böyük Britaniyada yerləşir.

Britaniyada MBA proqramının xarakterik cəhətləri:

  1. Adətən burada təhsil alan tələbələrin idarəçi vəzifəsindəki iş təcrübəsi 2 ildən aşağı olmur.
  2. Proqramların əksəriyyəti 1 il müddəti üçün nəzərdə tutulub. Beləliklə, burada təhsil daha intensiv və dolğun xarakter daşıyır.
  3. Krallığın ərazisindən kənarda fəaliyyət göstərən biznes məktəblərdə, təhsil müddəti 2 il təşkil edir.
  4. Tələbələr üçün dünyanın ən iri şirkətlərində yay təcrübə proqramları təşkil olunur.
  5. Məktəblərin əksəriyyətində müraciət vaxtı aprel-may aylarında artıq sona çatır.
  6. Britaniyanın 100 məktəbindən 10-u üç akkreditasiyaya malikdirlər (EQUIS + AACSB + AMBA)

Burada da təhsil haqqı olduqca yüksəkdir. Britaniyanın ən yaxşı biznes məktəbi olan London Business School-da illik təhsil haqqı 70 800 funt sterlinq təşkil edir (kursun müddəti 15-21 aydır). Eyni zamanda, minimum 8 600 dollar yataqxanada otağın icarəsinə xərcləməli olacaqsınız. Tələbələrə qarşı irəli sürülən əsas tələblər: minimum 2 illik iş təcrübəsi, GMAT – 600-dən, TOEFL – 105 və ya IELTS – 7.0, GPA – 3,5.

Avropa, yoxsa Amerika

MBA təhsilini almaq istəyirsinizsə, Avropanı seçməyiniz daha məqbul sayıla bilər. Səbəb çox sadədir – orada təhsil haqqı daha aşağı səviyyədədir. Belə ki, Amerikan biznes məktəblərində qiymətlərə qısa nəzər yetirək:

  • Harvard Business School – 63 675 dollar (bir semestr)
  • Stanford Graduate School of Business  – 66 540
  • Wharton University of Pennsylvania – 73 634
  • Sloan School MIT – 68 250

Burada MBA proqramları adətən 2 illik olurlar.

Avropada isə MBA təhsilinin müddəti, çox vaxt 1 il təşkil edir. Biznes məktəblərin bir çoxu, məsələn, INSEAD (Fransa) və SDA Bocconi (İtaliya) təhsil bazarında aparıcı mövqe tuturlar. Yəni, nüfuza görə Amerikanın məktəblərindən heç də geri qalmırlar.

Avropa məktəblərində tələbəyə qarışı irəli sürülən tələblər, o qədərdə sərt deyil. Çox vaxt toplanmalı olan sənədlər paketinə tövsiyələr və ya GMAT nəticələri daxil deyil.

Seçim etdiyiniz zaman, daha çox biznes məktəbin beynəlxalq akkreditasiya və iş əlaqələri kimi kriteriyalarına fikir verin.

 

Son xəbərlər
Digər xəbərlər