31 C
Baku
Wednesday, August 10, 2022

Avtomobil idxalı ölkədən xaricə $576 mln. valyuta axınına səbəb olub

Azərbaycan 2020-ci ilin ilk 11 ayı ərzində 47 841 ədəd avtomobil idxal olunub. Bununla da 576.18 mln. dollar həcmində valyuta xaricə axıb. İdxal edilmiş avtomobillərin 5 014 noyabrın payına (64.8 mln. dollar) düşüb. Bunu Dövlət Gömrük Komitəsi bildirir.

Azərbaycan gətirdiyi avtomobillərin 44 278 ədədi minik avtomobilidir ki, bunların da idxal deyəri 484.8 mln. dollar olmuşdur.

Cari ilin ilk yanvar-noyabr ayında Azərbaycana 4 486 ədəd “hibrid” mühərrikli minik avtomobili idxal edilib. Bu avtomobillərə görə isə ölkədən xaricə 24.97 mln. dollar pul gedib.

Ölkəyə cari ilin ilk 11 ayı ərzində isə 146 ədəd “e-car”lar idxal edilib. Bunun da idxal dəyəri 8.22 mln. dollar təşkil etmişdir.7877878

 

Son xəbərlər
Oxşar xəbərlər