27 C
Baku
Saturday, July 27, 2024

Xaricdən Azərbaycan vətəndaşlarına pul köçürmələri artaraq $800 mln.-a çatdı

2021-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan vətəndaşları xaricə $402.29 mln. həcmində pul köçürmüş, xaricdən isə Azərbaycan vətəndaşlarına $772.47 mln. pul köçürülüb.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankının açıqladığı göstəricilərə istinadən xəbər verir.

Xaricə köçürülən pul baratlarının həcmi $19.28 mln, yaxud 5% artdığı halda, xaricdən Azərbaycan vətəndaşlarına köçürülən pul baratlarının həcmi $90.55 mln., yaxud 13% artmışdır. Nəticədə, fiziki şəxslərin pul baratlarında öncəki illə müqayisədə 24% çox ($370.18 mln.) müsbət saldo yaranıb.

Azərbaycanda xaricə ən çox pul köçürməsi Türkiyəyə – $107.62 mln., ən çox pulun daxil olduğu ölkə isə Rusiya Federasiyasıdır – $409.35 mln. olmuşdur.

Son xəbərlər
Digər xəbərlər