10 C
Baku
Friday, October 25, 2024

Xaricdən Azərbaycana gətirilən məhsulların qiyməti bahalaşıb

Xaricdən Azərbaycana gətirilən məhsulların qiyməti bahalaşdı.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2021-ci ilin avqust ayında idxal olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 100.9%, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 120.7%, 2021-ci ilin yanvar-avqust aylarında 2020-ci ilin yanvar-avqust aylarına nisbətən isə 121.7% təşkil edib.

Belə ki, idxal olunan məhsulların qiyməti müvafiq olaraq 0.9%, 20.7%, 21.7% bahalaşıb. 2021-ci ilin avqust ayında ixrac olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 97.1%, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 130.3 %, 2021-ci ilin yanvar-avqust aylarında 2020-ci ilin yanvar-avqust aylarına nisbətən isə 141.9% təşkil edib.

Beləliklə, avqust ayında ixrac olunan məhsulların qiyməti əvvəlki ayla müqayisədə 2.9% ucuzlaşıb, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 30.3%, cari ilin yanvar-avqust aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 41.9% bahalaşıb.

Son xəbərlər
Digər xəbərlər