28 C
Baku
Sunday, July 21, 2024

Xaricdən Azərbaycana geyim əşyalarının idxalı 27% azalıb

2020-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 148 milyon 25 min ABŞ dolları dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edilib.

Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu, keçən ilin eyni dövrü ilə müqayisədə 54 milyon 141 min (27%) ABŞ dolları azalma deməkdir.

Belə ki, ötən ilin 9 ayı ərzində Azərbaycana dəyəri 202 milyon 167 min ABŞ dolları dəyərində  geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edilmişdir.

Hesabat dövründə geyim əşyaları və geyim üçün ləvazimatların idxalı 1.89 %-ni təşkil edib.

Son xəbərlər
Digər xəbərlər