25 C
Baku
Thursday, July 25, 2024

Xaricdən Azərbaycana qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olanlar cərimələnəcək

Xaricdən Azərbaycana qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olanlar cərimələnəcək.

Bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə Məcəlləyə yeni 482-1-ci maddə (Azərbaycan Respublikasından xarici ölkəyə və ya xarici ölkədən Azərbaycan Respublikasına qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olma) əlavə olunur.

Qeyd edilib ki, Məcəllənin 479 – 482-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri olmadan, əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə pul vəsaitlərinin qanunsuz olaraq Azərbaycan Respublikasından xarici ölkəyə və ya xarici ölkədən Azərbaycan Respublikasına köçürülməsi fəaliyyəti ilə məşğul olma, bu əməllər az miqdarda törədildikdə inzibati xətanın bilavasitə obyekti olan pul vəsaiti məbləğinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə ediləcək.

Dəyişiklik layihələri müzakirələrdən sonra I oxunuşda qəbul olunub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər