15 C
Baku
Saturday, April 20, 2024

Xaricdən Azərbaycana çay idxalı 4.5% artıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 10 336 ton 42 milyon 201 min ABŞ dolları dəyərində çay idxal edilib.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycana idxal edilən çayın dəyəri 9.3%, həcmi  isə  4.5% artıb.

Eyni zamanda bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan 980 ton 6 milyon 710 min  ABŞ dolları dəyərində çay ixrac edib ki, keçən ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan ixrac edilən çayın dəyəri 2.1%, həcmi isə 7.4% azalıb.

Son xəbərlər
Digər xəbərlər