16 C
Baku
Çərşənbə axşamı, Oktyabr 19, 2021

Xaricdən gətirlən diri heyvanlara məhdudiyyət aradan qaldırılır

faizlere

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) dünyanın bir sıra ölkələrində müxtəlif növ heyvanlarda baş vermiş xüsusi təhlükəli heyvan xəstəliklərinin aradan qaldırılması barədə məlumatlar yaymışdır. Eyni zamanda xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddətləri başa çatmış və ölkələrin sağlamlıq statusu bərpa olunmuşdur. Nəticədə müxtəlif ölkələrdən diri heyvan və ya heyvan mənşəli məhsulların idxalına tətbiq edilən məhdudiyyətlərə yenidən baxılması zərurəti meydana çıxmışdır.

Bununla bağlı Banker.az-a Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatında deyilir.

Bununla əlaqədar olaraq, AQTA baytarlığa dair qərarları ilə tətbiq edilmiş bir sıra məhdudiyyətlərin  aradan qaldırılması qərara alınmışdır. Belə ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatları əsas götürülərək yüksək patogen quş qripi, nyukasl, nodulyar dermatit, dabaq, xırda buynuzlu heyvanların çiçək xəstəliyi və blutanq xəstəliyi üzrə müxtəlif ölkələrdən diri heyvan və ya heyvan mənşəli məhsulların idxalına tətbiq edilən məhdudiyyətlər aradan qaldırılmışdır.

Eyni zamanda qəbul olunmuş qərarla bağlı  bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə yanaşı qarşı ölkələrin müvafiq baytarlıq orqanlarına məlumat verilmiş və müvafiq tədbirlərin həyata keçirilməsi üçün  Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Dövlət Gömrük Komitəsinə aidiyyatı üzrə müraciət olunmuşdur.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər