27 C
Baku
Tuesday, July 16, 2024

Xaricdən ölkəyə siqaretin gətirilməsi 4 qat azalıb

Azərbaycana cari ilin 8 ayında 710.7 milyon ədəd siqaret gətirilib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

İdxal olunan siqaretlərin dəyəri isə 14 milyon 380 min dollar məbləğində olub ki, bu da illik müqayisədə 4 dəfəyə yaxın azalması deməkdir. Ötən ilin müvafiq dövründə ölkəyə idxal olunan siqaretlərin dəyəri 55 milyon 560 min dollar təşkil edib.

Bu ilin 8 ayında Azərbaycana 710.7 milyon ədəd siqaret idxal edilib. 2019-cu ilin 8 ayında isə idxal edilən siqaret 3 362.5 milyon ədəd olub. Belə ki, illik müqayisədə idxal edilən siqaretin miqdarı 5 dəfəyə yaxın azalıb.

 

Son xəbərlər
Digər xəbərlər