12 C
Baku
Friday, March 29, 2024

Xaricdə ipoteka – kreditə götürülmüş arzu

Ölkə xaricində daşınmaz əmlaka sahib olmaq – bu təkcə yüksək yaşayış səviyyəsi və var-dövlət əlaməti deyil, həm də fantastik miqdarda, sanballı, bəzən də qeyri qanuni gəlirlərin olmasının göstəricisidir. Bir zamanlar özünə geniş təsdiq tapmış bu stereotip bu günə qədər xalqımızın beynində oturmaqdadır. Amma müasir gerçəklik bizə tamamı ilə başqa bir şey deyir.

Əlbəttə xaricdə, xüsusən də hər hansı bir inkişaf etmiş Avropa ölkəsində daşınmaz əmlaka sahib olmaq ilk növbədə yaxşı maddi vəsaitlərin olmasının sübutudur, amma söhbət heç də fövqəladə gəlirlərdən getmir. Fövqəladə gəlirləri əlbəttə ki, Bakıdakı villa və ya alman istehsalı olan yolsuzluq avtomobili göstərə bilər. Əslində hər hansı bir rahat Avropa İttifaqı ölkəsində rahat mənzil almaq, çoxlarının düşündüyündən daha asan və daha ucuzdur. Təəccüblü deyil ki, Bakıdakı daşınmaz əmlakın qiyməti ölkəmizə gələn turistlərin belə təəccübünə səbəb olur. Müqayisə üçün Bakıya qonşu olan Sumqayıt şəhərində evlər qat-qat daha ucuzdur.

Yəni əgər qiymətlərdən danışsaq, bu məlumatlardan çıxış edərək, demək olar ki, həmin Avropa ölkələrində daşınmaz əmlak Bakı ilə müqayisədə daha ucuz olmalıdır. Sözün qısası, əgər sizin xaricdə ev almaq arzunuz varsa, amma bunu etmək üçün maddi vəsaitə sahib deyilsinizsə, onda ipoteka krediti götürə bilərsiniz. Bu asan proses deyil, amma onun gerçəkləşdirilməsi kifayət qədər mümkündür. Əslində hər şey göründüyündən daha sadədir. Bundan əlavə bir çox azərbaycanlılar artıq ölkə xaricində özünə mülk almağa müyəssər olublar və bu bəxtəvərlərin sayı daima gündən günə artır.

Əlbəttə xaricdə ev alan imkanlı şəxs və milyonçular ilə adi -gəlirləri ortadan nisbətən yüksək olan vətəndaşlar ilə müqayisə etmək olmaz, birincilər üçün elit təbəqəyə məxsus daşınmaz əmlak almaq və bundan ötrü vəsait sərf etmək heç bir problem törətmir. Amma qeyd edək ki, onların hər ikisi Avropada mənzil almağa olduqca meyllidir və bu istək getdikcə daha da aktivləşir.

Bunun əsas səbəbi isə hazırda Avropa İttifaqının yaşadığı iqtisadi böhrandır. Işsizlik artıq, Avropa üzrə orta işsizlik göstəricisi artıq 10%-ə çatmışdır. Amma ayrı-ayrı ölkələrdə vəziyyət daha da pisdir, məsələn Yunanıstanda artıq 23% vətəndaş işsiz qalıb, İspaniyada isə bu rəqəm daha böyük 25%-dir.

Bütün bunlar pisdir, digər tərəfdən isə bu amil, əcnəbiləri , o cümlədən Azərbaycanlıları məhz belə ölkələrdə mənzil olmağa ruhlandırır –çünki qiymətlər burda qalxmır, əksinə aşağı düşür. İspaniyada azmərtəbəli yeni tikili binalarda sahəsi 60 kvadrat metr olan təmirli və mebellə təchiz edilmiş mənzili 60 min avroya almaq mümkündür. Əgər qiymət sizə münasib gəlirsə, amma siz yenə də belə bir qiymətə ev almağı özünüzə rəva bilmirsinizsə, onda sizin üçün başqa variantlar da mövcuddur. Xüsusən də sizə sərf edəcək 30 min avroya yaxşı seçim şansları ola bilər. Əgər 30 min avroya Bakıda şəhər qırağında 1-2 otaqlı mənzil almaq mümkündürsə, siz bu pula genişvə hər tərəfli təchiz olunmuş mənzil ala bilərsiniz… çətin seçimdir, elə deyilmi?

Əlbəttə bütün bu sözlərin o vaxt əhəmiyyətli var ki, sizin altında yaşayacağınız bir dam var. Əgər sizin bəxtiniz gətiribsə və harada yaşmaq problemi sizə aid deyilsə, onda Avropada daşınmaz əmlak almaq əla pul yatırımı olacaqdır. Amma əgər yatırım etməyə heç nəyiniz yoxdursa, amma ideya özü sizin xoşunuza gəlirsə, onda əcnəbi bankda ipoteka rəsmiləşdirmək imkanınız vardır. Hal-hazırda Avropanı öz cənginə almış İqtisadi böhran əcnəbi müştəriləri banklar üçün əvvəlki dövrlər ilə müqayisədə daha cəlb edici etmişdir. Yəni İspaniya bankında hər hansı bir xarici vətəndaş üçün kredit rəsmiləşdirmək indi daha asan prosesdir. Baxmayaraq ki, tələblər yenə də həmişəki kimi olduqca yüksəkdir. Bundan əlavə kreditlərin qaytarılmaması təhlükəsi böyüdüyündən İspaniya Bankları faiz dərəcələrini artırmışdır. Əgər əvvəllər bu göstərici 2-3% arasında dəyişirdisə, indi Avropa meyarlarıilə nəhəng hesab olunan 6%-lik səviyyəyə gəlib çatmışdır. Amma Azərbaycan banklarının təklifi ilə müqayisədə bu daha sərfəlidir.

Əlbəttə ki, Avropada İspaniyadan başqa ölkələr də vardır. Əgər bir mənzilin qiyməti 30 min avroya sizə baha görünürsə və siz daha ucuz mənzil tapmaq istəyirsinizsə, onda diqqətinizi Almaniyaya yönəltməyə dəyər. Bütün birləşmiş Avropa iqtisadiyyatını öz dəmir çiyinləri üzərində saxlayan bu ölkə daşınmaz əmlak inanılmaz dərəcədə ucuzdur. Böyük və mənzərəli şəhərlərdə Avropa meyarları ilə olduqca münasib qiymət hesab olunan 8-10 min avroya yaxşı mənzillər almaq mümkündür. Daha bahalı variantlar da vardır. Əgər sizi Almaniyada daşınmaz əmlak almaq maraqlandırıbsa və siz kreditə mənzil almağa qərar vermisinizsə, banka bu sənədləri təqdim etməli olacaqsınız: gəlirlər haqqında arayış, xarici pasport, alı-satqı müqaviləsi və sizin ödəmə qabiliyyətində olduğunuzu təsdiq edəcək bank hesabından çıxarılış. Düzünə qalsa bu elə də çox deyil. Ilkin ödəniş bu zaman məbləğin 20-30%-ni təşkil edəcək. Digər sözlərlə Almaniyada yaşamaq üçün elə də çox pul lazım deyil.

Bundan əlavə qonşu və qardaş Türkiyə variantını da nəzərdən keçirmək olar. Dilini anladığımız və eyni dindən olduğumuz bu ölkədə həmvətənlərimiz daha çox məskən salmağa meyllidir. Türkiyə coğrafi baxımdan da olduqcu əlverişli mövqedə, Avropa və Asiyanın qovşağında yerləşir. Bundan əlavə Türkiyə əla kurort ölkəsidir və yerləşdiyi regionda bu aspektdə, xüsusi ilə də rusiyalı turistlər arasında olduqca populyardır. Çimərlik mövsumuni xüsusi sevən əcnəbilər Türkiyədə özlərinə şəxsi mənzil almağa üstünlük verir, belə ki, onlar bu ölkəni hər il ziyarət etməkdən doymurlar. Burada mənzilin qiyməti 25-30 min avroya bərabərdir. söhbət 2-3 otaqlı, çimərlik sahillərindən çox da uzaqda yerləşməyən gözəl apartamentlərdən gedir. Düzdür ilkin ödənişin bir az çox 30-40% olması sizi qorxuda bilər. Amma ilik faiz dərəcələrinin 8-9% olması hər şeyi kompensasiya edir.

Düzdür bu Avropa ittifaqında olduğundan daha yüksəkdir, amma Azərbaycanda olduğundan daha aşağıdır. Həmçinin də qeyd etmək lazımdır ki, xarici ölkələrin vətəndaşları üçün bu göstərici daha yüksək ola bilər. Türkiyədə kredit almağa müraciət etmək üçün bu sənədləri təqdim etmək tələb olunur: gəliri təsdiq edən sənəd, pasportun tərcüməsi və notarial qaydada təsdiq olunmuş sürəti, həmçinin əmək kitabçasının bir nüsxəsi. Azərbaycanda olduğu kimi, Türkiyə bankları da heç bir səbəbə izah gətirmədən, kredit verməkdən imtina edə bilər. Amma hətta yox desələr belə ümidsizliyə qapılmağa dəyməz, Türkiyədə bank çoxdur və seçim şansınız lazım olduğundan da artıqdır.

Son xəbərlər
Digər xəbərlər