Kənd təsərrüfatı fəaliyyətindən azadolmalar fiziki və hüquqi şəxslərin xaricdən də əldə etdiyi kənd təsərrüfatı fəaliyyətindən gəlirlərə şamil edilirmi?
Dövlət Vergi Xidmətindən bildirilib ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları torpaq vergisi istisna olmaqla, Vergi Məcəlləsi ilə müəyyən edilmiş mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini, eyni zamanda, həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən 2024-cü ilin yanvarın 1-dək, gəlir vergisindən isə müddətsiz azad edilib.
Qeyd olunub ki, Azərbaycanın hüdudlarından kənarda kənd təsərrüfatı məhsullarının istehsalından əldə olunan gəlirlərə münasibətdə Vergi Məcəlləsinin 102.1.11-ci və 106.1.14-cü maddələrində nəzərdə tutulan azadolmalar tətbiq edilmir.