1 C
Baku
Saturday, December 14, 2024

Xaricdə təhsil alanların diqqətinə

Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması ilə bağlı sənəd qəbuluna başlanılıb

Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı sənəd qəbuluna başlanılıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, təhsil sahəsində aparılan islahatların tərkib hissəsi olaraq, nostrifikasiya prosedurunda da yeniliklər və vətəndaşların istifadə rahatlığı məqsədi ilə dəyişikliklər həyata keçirilib. Belə ki, sənədlərin yalnız elektron qaydada www.ani.edu.gov.az internet səhifəsi vasitəsi ilə rahat şəkildə təqdim olunması üçün sözügedən səhifədə müvafiq “Müraciət qaydaları” bölməsi yaradılıb, tələb olunan bütün sənədlər barədə ətraflı məlumat yerləşdirilib. Həmçinin vətəndaşları ən çox maraqlandıran sualları özündə əks etdirən “Mütəmadi verilən suallar” bölməsi istifadəyə verilib. Bununla yanaşı, elektron ərizə sistemində aparılan təkmilləşdirmə işləri davam etdirilməkdədir.

Vətəndaşların diqqətinə çatdırılır ki, nostrifikasiya proseduru ilə bağlı bütün rəsmi məlumatları www.ani.edu.gov.az internet səhifəsi vasitəsi ilə əldə etmək mümkündür.

Təhsil Nazirliyi nostrifikasiya proseduru çərçivəsində sənəd qəbulu ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətinə görə heç bir məsuliyyət daşımır.

Son xəbərlər
Digər xəbərlər