27 C
Baku
Monday, July 1, 2024

Xaricdə təhsil – Avstraliya

Son vaxtlarda xaricdə təhsil getdikcə məşhurlaşır, bir çoxları öz uşaqlarının hərtərəfli təhsil almaları üçün istənilən məbləği ödəməyə hazırdırlar. Əgər sizi xaricdə keyfiyyətli təhsil, yaxşı müəllim heyəti, aldığınız təhsilin qiyməti və tanınması kimi faktorlar maraqlandırırsa, onda Avstraliyaya getməyi məsləhət görürük. Turistləri Avstraliyaya cəlb edən şey təkcə çimərlik və görməli yerlər deyil. Bir çoxları ingilis dilini öyrənmək və tamamilə dil atmosferinə düşmək üçün buranı seçirlər, belə ki ingilis dili Avstraliyanın dövlət dilidir.

İngilis dilini məhz Avstraliyada öyrənmək istəyən tələbələrin sayı hər il artır. Çox ehtimalı ki, bu onunla əlaqədardır ki, artıq bir çoxları üçün Böyük Britaniya və ya Maltada təhsil almaq maraqlı deyil. Insanlar nə isə yeni bir şey istəyirlər. Bundan əlavə Avstraliya nəinki standart dil kursları, həm də ali və postdiplom təhsili təqdim edir ki, bu da çox vacib amildir.

Avstraliyada əcnəbilərə təhsil almaq imkanı verən təhsil müəssisələrinin sayı kifayət qədərdir. Hər kəs öz zövqünə uyğununu seçə bilər: qısamüddətli ingilis dili kursları, Avstraliya universitetlərinə qəbul olmaq üçün hazırlıq kursları, uzunmüddətli proqram, universitet və kolleclərdə təhsil, IELTS və TOEFL imtahanlarına hazırlıq.

Avstraliyanın ən məşhur dil məktəbləri: Embassy CES, ACL Sydney, International House Sydney, English Australia College, Hawthorn English Language Centre, GEOS International Colleges Oceania, Aspekt International Language Academy. Bunlar “Xaricdə təhsil” sferası üzrə ən məşhur dil məktəbləridir, belə ki onlar özlərini yalnız yaxşı tərəfdən göstərə bilmişlər.

Ən çox verilən suallar Avstraliya vizasının əldə edilməsi ilə bağlıdır. Avstraliyada təhsil almaq istəyən tələbələr bu haqda xüsusilə fikirləşməlidirlər. Tələbə vizası almamışdan qabaq hər bir potensial tələbə ölkədəki təhsil müddəti ərzində yaşayış xərclərini qarşılaya bilib-bilməyəcəyi barədə düşünməlidir. İşin maliyyə tərəfinə aiddir: təhsil haqqı, tibbi sığortanın qiyməti, Avstraliyaya uçuş qiyməti və ölkədə yaşayış xərcləri. Buna görə də, işə başlamamışdan qabaq öz maliyyə imkanlarınızı yaxşıca qiymətləndirin.

Avstraliyada ingilis dilini 3 ay müddətində öyrənmək istəyənlərdən təhsil icazəsi olan adi qonaq vizası tələb olunur. Əgər tələbə 3 aydan çox müddətdə təhsil almaq qərarına gəlibsə, onda o, xüsusi tələbə vizası almalıdır.

Daha bir vacib amil – bir qayda olaraq, Avstraliyanın tələbə vizası həftədə 20 saatlıq işləmək imkanını nəzərə alır. Həftədə 20 saatlıq işləmək imkanı insanlara təhsil haqlarını və yaşayış xərclərini qarşılamaq üçün deyil, gündəlik cib xərclərini ödəmək üçün verilir. Beləliklə, əgər Avstraliyada təhsildən yararlanmaq istəyirsinizsə, onda sizin qazanmaq imkanınız da olacaq. Avstraliyada alınmış təhsil dünya bazarlarında yüksək qiymətləndirilir.

Əminliklə qeyd etmək olar ki, hətta ən çətin və uzun viza alınması prosesi belə Sizə və Sizin planlarınıza – dünyanın ən kiçik materiki olan Avstraliyanı ziyarət etməyə mane olmamalıdır.

Son xəbərlər
Digər xəbərlər