Bir çox insan xaricdə təhsil almağı arzu edir. Lakin hər kəs bu arzunu həyata keçirə bilmir.
Xaricdə təhsil almağın üstün cəhətləri: burada elmə və alimlərə dəyər verirlər.
Xaricdə təhsil insanlar üçün bir çox imkanlar təqdim edir.
Xarici ölkələrdə təhsil alarkən siz əcnəbi mədəniyyətlə tanış ola bilər, bir çox əcnəbi dost əldə edə bilərsiniz.
Xaricdə təhsilin çətinlikləri:
Ailəniz, dostlarınız və sizə əziz olan bir çox insandan uzaq düşəcəksiniz. Bu çox çətindir, lakin seçim haqqı hər zaman sizə mənsubdur.
Həmçinin 21-ci əsrdə hətta bir neçə kilometr məsafədə siz hər gün skype vasitəsi ilə ünsiyyət saxlaya bilərsiniz.
Dil. Xaricdə təhsil almaq üçün siz dil imtahanı verməlisiniz. Bu asan deyil, lakin mümkündir.
Qəbul prosesindən müvəffəqiyyətlə keçdikdə və xaricdə təhsil almağa başlayanda siz artıq avtomatik olaraq xarici dili mənimsəməyə başlayacaqsınız, xüsusi ilə də əgər tələbə həyatında fəal olaraq iştirak etsəniz. İki aydan sonra siz artıq sərbəst olaraq həmin dildə danışa biləcəksiniz.
Pul. Xaricdə təhsil almaq üçün əksər hallarda sizə əhəmiyyətli investisiya gərək olur.
Bunun üçün siz müxtəlif qrantlardan, təqaüd proqramlarından yararlana bilərsiniz.
Nəzərə alsaq ki, xaricdə təhsil almış tələbələr məzun olduqdan sonra işə düzəldikdə yaxşı əmək haqqı alırlar, təhsilə investisiya yatırmaq sərfəlidir.
Həmçinin təhsilə verilən pul ölmür.
Nədən başlamaq lazımdır?
Əsas sizin gələcəkdə özünüzü kim olaraq gördüyünüzdür. Əgər bu obraz (çox sadəlövh olsa da) həqiqətə uymursa, siz qorxusuz və təəssüflənməyərək ətrafınızdakı hər şeyi dəyişməyə başlaya bilərsiniz. Yadda saxlayın ki, sizin təhsiliniz haqqında qərarınız həyatda ən əsas məsələlərdən biridir.
Əgər siz bir il ərzində dil imtahanı verə biləcəyinizə qərar vermisinizsə və orta dil bilikləriniz varsa, siz dil imtahanı vermək üçün müxtəlif hazırlıq kurslarına başlaya bilərsiniz (ingilis dilindən IELTS, TOEFL tetləri, alman dilindən DaF testi).
Əgər siz xarici dili sıfırdan öyrənməyə başlayacaqsınızsa, sizə ekspress metodikalar və intensiv kurslar yardım edə bilər.
Xaricdə universitetə qəbul olmaq üçün (bakalavriat üzrə) sizdən iki kurs universitet bitirməyiniz haqqında arayış və yaxud xaricdə təhsil üçün abituriyentlərin hazırlığı üzrə beynəlxalq proqramdan (məsələn, IB (International Baccalaureate) və yaxud Studienkolleg) keçdiyiniz haqqında arayış laızm olacaq.
Yaxşı olar ki, siz öncədən universitetin saytında hansı sənədlərin və hansı zaman kəsiyində lazım olacağını öyrənəsiniz. Adətən, lazımi sənədlərin arasında attestat (originalı və nüsxəsi), son illər müddətində qiymətlərin nüsxəsi, şəxsiyyət vəsiqəsinin nüsxəsi və bir neçə foto şəkil.
Həmçinin siz vaxtında tələbə vizasına müraciət etməlisiniz ki, təhsil ilin əvvəlinə çata biləsiniz.
Viza almaq müddəti 2-3 ay davam edə bilər.