11 C
Baku
Sunday, November 17, 2024

Xaricdə təhsil üzrə Dövlət Proqramına qəbul qaydası dəyişilib

Dünən təsdiq olunmuş Xarcdə təhsil üzrə Dövlət Proqramında bir sıra sahələr prioritet sahələr olaraq müəyyən edilib. Bu sahələrə informasiya texnologiyaları, mühəndislik, statistika və verilənlərin təhlili, fundamental və tətbiqi elmlər, ictimai səhiyyə, təhsil, ətraf mühit, aviasiya və kosmos, dövlət idarəetməsi, nəqliyyat və logistika, energetika, iqtisadiyyat, maliyyə, arxitektura və dizayn, kənd təsərrüfatı ixtisasları daxildir

Banker.az xəbər verir ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” ilə bağlı brifinqdə çıxış edən təhsil naziri Emin Əmrullayev bu ilki proqramın əvvəlki proqramdan fərqini açıqlayıb:

“Təhsil Nazirliyi növbəti ildən başlayaraq konkret proqramları elan edəcək. Əvvəlki proqramda universitetlərin siyahısı var idi o universitetlərdə tələbə istədiyi ixtisasa daxil olduqda həmin tələbə artıq Proqramda iştirak etmək hüququ qazanırdı. Bu ilki proqramda isə bir universitet bu və ya digər ixtisas üzrə daha yüksək reytinqə malikdirsə, həmin ixtisas üzrə müvafiq universitetdə oxumaq mümkün olacaq. Amma müvafiq universitetdə başqa bir ixtisas öz reytinqinə görə aşağıdırsa o universitetdə həmin ixtisasa qəbul olunmuş tələbə bu proqram tərəfindən əhatə olunmayacaq. Məsələn, hər hansı ölkənin x universitetində iqtisadiyyat ixtisası çox yüksək keyfiyyətdə tədris olunur. Amma həmin universitetin ətraf mühit ixtisası reytinqcə yüksək deyil. Biz elan etdikdə qeyd edəcəyik ki, bu universitetdə filan ixtisası oxuya bilərsiniz. Bunun səbəbi isə universitetlərin reytinqi və ixtisasların reytinqi həmişə üst-üstə düşmür. Bir universitetdə bütün ixtisaslar keyfiyyətli tədris olunmaya bilər”.

Son xəbərlər
Digər xəbərlər