Xaricdə təhsillə bağlı müraciətlərin sayının ilk il üçün yüksək olması və hazırda apostilin ölkədə elektron qaydada təqdim edilməməsi nəzərə alınaraq, müvəqqəti olaraq bu sənədlərin elektron formatda qəbul edilməsi və ya elektron qaydada təsdiqlənməsi mümkün olacaq. Daha sonra həmin sənədlər müvafiq təhsil müəssisəsinə təqdim edilməlidir.
Bunu Təhsil Sisteminin İnkişafı Agentliyinin idarə heyətinin rəisi Vüsal Xanlarov konfransda çıxışı zamanı deyib.
O bildirib ki, növbəti illərdə apostilin elektron qaydada verilməsi ilə bağlı müvafiq işlər aparılacaq.
Vüsal Xanlarov qeyd edib ki, elektron qaydada verilən təsdiq sənədləri rəsmi hüquqi qüvvəyə malik olacaq və Azərbaycan Respublikasının dövlət nümunəli sənədi hesab ediləcək.







