12 C
Baku
Saturday, November 23, 2024

Xaricdə təhsilin xüsusiyyətləri

Əgər siz ali təhsili xaricdə almaq fikrindəsinizsə, onda əvvəlcədən həmin ölkənin xüsusiyyətləri ilə maraqlanmalısınız.

Bu zaman təkcə iqlim və dil kimi amilləri deyil, həm də mədəni fərqliliklər, qəbulun spesifikliyi, təhsilin özünün xüsusiyyətləri və digər bir çox amillər nəzərə alınmalıdır. Bu məqalədə biz xaricdə təhsilin ən əsas xüsusiyyətləri barədə danışacağıq.

Tələbələr arasında ölkələrin məşhurluq reytinqi

Sizə məlumdur ki, ABŞ ali təhsil üzrə dünyada lider hesab olunur? Çünki dünyanın ən yaxşı təhsil institutlarının 75%-i ABŞ-da yerləşir.

Reytinqdə ikinci yeri Böyük Britaniya tutur. Əsrlərlə formalaşmış təhsil ənənələrinə əsaslanan Britaniya təhsil sistemin dünyanın ən nüfuzlu və keyfiyyətli sistemi hesab olunur.

Bir çoxları Avstraliyada və ya Yeni Zelandiyada təhsil almağı üstün tuturlar, çünki bu ölkələrdə təhsil Avropa və amerikan universitetlərinə nisbətən daha ucuz başa gələcək, baxmayaraq ki, təhsilin keyfiyyətində heç bir fərq yoxdur. Bundan əlavə burada vətəndaşlıq almaq və daimi yaşayış yerində qalmaq perspektivləri də yüksəkdir.

Təhsilin xüsusiyyətləri

Müxtəlif ölkələrin təhsil sistemindəki bir çox fərqlərə baxmayaraq, bütün universitetlərinin oxşar, başlıca prinsipləri də vardır. Məsələn, anqlosakson təhsil sistemində üç mərhələ nəzərdən keçirilir: bakalavr, magistr, elmlər doktoru. Bununla yanaşı bir çox ixtisaslar üzrə bakalavr dərəcəsi almaq üçün bu sahə üzrə iş təcrübəsinə malik olmaq lazımdır. Uyğun olaraq, təhsil vaxtı da artır. Bir qayda olaraq xarici universitetə daxil olmaq yalnız 18 yaşından sonra mümkündür. Nəzərə almaq lazımdır ki, təkcə orta təhsil haqqında attestatın olması kifayət etməyəcək.

Gələcəyin tələbəsi universitet və kollec daxilində fəaliyyət göstərən və ya böyük dil mərkəzlərindəki bir sıra hazırlıq kurslarından keçməli olacaq. Xarici təhsilin əsas fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, burada təhsil alanların maraqları daha çox nəzərə alınır və nəzəri məşğələlərlə müqayisədə daha çox praktiki və ixtisaslaşmış fənn təqdim edilir. Bundan əlavə xaricdə tələbələr əsas etibarilə sərbəst olaraq fəaliyyət göstərir, seminarlar isə verilmiş material üzrə tələbələr  arasında diskussiya və müzakirələr əsasında qurulur.  Bununla yanaşı hər bir tələbənin şəxsi rəhbəri var, onun vəzifəsi tələbənin materialı yaxşı mənimsəməsi ilə bağlıdır. Bütün imtahanlar isə yazılı olaraq verilir.

Təhsil xərcləri

Xaricdə təhsilin sizə neçəyə başa gəlməsi birbaşa olaraq, təhsil və yaşayış xərclərindən asılıdır. Nəzəri fənlər üzrə təhsil laboratoriya və ya praktiki iş təklif edənlərə nisbətən daha ucuzdur. Bundan əlavə siz təhsil və gediş haqlarını, eləcə də, telefon və infrastrukturdan istifadə haqları kimi digər əlavə xərcləri də ödəməli olacaqsınız

Son xəbərlər
Digər xəbərlər