5 C
Baku
Saturday, December 14, 2024

Xaricdə və daxildə kəskin bahalaşıb, Azərbaycan zavodları isə istehsalına güc verə bilmir

Azərbaycanda 2021-ci ilin ilk yarısında istehsal edilən duru yağların həcmində fərqli istiqamətdə dinamika müşahidə edilir. Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Qarğıdalı yağı. Azərbaycan mətbəxində ən çox istifadə edilən qarğıdalı yağının istehsal həcmində mənfi dinamika qeydə alınıb. 2021-ci ilin ilk yarısında ölkənin yağ zavodlarında cəmi 6.2 min ton həcmində bu yağ istehsal edilmişdir ki, 2020-ci ildən 10% azdır.

Ölkəmizə bu yağların idxalına görə 14.51 mln. dollar vəsait xaricə axıb. İdxalın həcmi isə 8.93 min ton təşkil etmişdir. 2020-ci ilin eyni dövründə 7.69 min ton olmaqla cəmi 7.84 mln. dolları əhatə edirdi.

2021-ci ildə Azərbaycan qarğıdalının hər tonuna görə ortalama 1 625 dollar xərc çəkib, bu, 2020-ci ildə 1 019 dollar idi. Bu da o deməkdir ki, hər tonuna görə 59% əlavə xərc çəkib.

Qarğıdalı yağının qiyməti də marketlərdə də bahalaşmaqdadır. Yerli istehsal olan qarğıdalı yağının hər litri aylıq müqayisədə 2%, illik müqayisədə isə 35.5% bahalaşma ilə 5.34 manata yüksəlmişdir. 2021-ci ildə yerli istehsal olan qarğıdalı yağının aylar üzrə artım dinamikası bəzi hallarda 10%-ə yüksəlib. İdxal olunan qarğıdalı yağının hər litrik orta ölçüdə 5.73 manat olmuş, bu da aylıq müqayisədə 2.5%, ilik müqayisədə isə 22% bahalaşmışdır.

00

Günəbaxan yağı. Azərbaycan 2021-ci ilin birinci yarısında 20.32 min ton həcmində saflaşdırılmış günəbaxan yağı istehsal edilib. Bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 10 faiz artım dinamikasıdır.

Azərbaycan cari ilin yanvar-iyun yarımilliyində xaricdən 25.33 min ton günəbaxan yağı idxal edib. Bu da ölkənin 32.6 mln. dollar həcmində valyutasından keçməsi hesabına başa gəlib. Bunun da 99%-i Rusiya Federasiyasından idxal edilib. Ölkəmizə idxal edilən bu qida yağının 2020-ci ildəki həcmi 18.7 min ton (13.39 mln dollar) idi.

Ölkədə rəsmi olaraq marketlərdə orta ölçüdə götürlən günəbaxan yağının hər litri yerli istehsalda 3.98 manat olub. Bu isə son bir ayda 4.3%, son bir ildə isə 45.4% bahalaşma deməkdir. İdxal olunan günəbaxan yağının hər litri son bir ayda 3.1%, son bir ildə isə 39.6% bahalaşma ilə 4.28 manat olmuşdur.

Pambıq yağı. 2021-ci ilin yanvar-iyun aylarında Azərbaycan 844.9 ton həcmində pambıq çiyidindən duru yağ istehsal edib. Bu da 2020-ci illə müqayisədə 2.5 dəfə artımdır.

Azərbaycan bu yağı daha çox ixrac məqsədi ilə istehsal edir. Məsələn, hesabat dövründə bu yağın xaricə ixrac həcmi 3 484 ton, yaxud 2.97 mln. dollar olub.

Zeytun yağı. Hesabat dövründə Azərbaycanda mətbəximizdə son illərdə daha çox populyarlaşan zeytun yağının bağları genişləndirildikcə yağ istehsalı da artır. 2021-ci ilin ilk yarısında Azərbaycanda 686.6 ton həcmində zeytun yağı istehsal edilib. Bu da öncəki ili 25% üstələyir.

Ölkəyə bu məhsulun idxal həcmi 2021-ci ildə 932.15 ton olmaqla 2.04 mln. dollar olmuşdur. 2020-ci ilin eyni dövründə 940 ton yaxud, 1.82 mln. dollar həcmində idxal edilmişdi. Göründüyü kimi zeytun yağının qiymətləri xeyli bahalaşmışdır.

Zeytun yağının qiymətində isə kəskin bahalaşma müşahidə edilmir. Məsələn, yerli istehsal olan zeytun yağının bazar qiyməti orta ölçüdə 11.4 manat olmuş, bu, aylıq 0.2%, illik isə 2.4% artımdır. Xaricdən gətirlən zeytun yağının hər litri isə 15.28 manat olmuş, bu, aylıq 0.5%, illik isə 2.2% bahalaşma deməkdir.

Soya yağı. Cənubi-şərqi Asiya mənşəli bu paxlalı bitkidən alınan yağın istehsal həcmi Azərbaycanda düşüb. Hesabat dövründə ölkədə 131 ton həcmində soya yağı istehsal edilib. Bu öncəki illə müqayisədə (687 ton) 81% azalma dinamikasıdır.

Bu məhsulu da Azərbaycan, az miqdarda olsa da xaricdən idxal etməkdədir. 2021-ci ilin birinci yarısında xaricdən 100 tona yaxın soya yağı idxal edib ki, bu da 135 min dollar həcmində olması deməkdir. Öncəki ilin eyni dövründə 150 ton, yaxud 128 min dolları əhatə edirdi.

Son xəbərlər
Digər xəbərlər