6 C
Baku
Sunday, December 15, 2024

Xaricdə vaksin olunanların COVID pasportu tanınacaqmı?

“Xaricdə yaşayan, orada koronavirus infeksiyasına qarşı vaksinasiya olunmuş şəxslərin COVID-19 pasportunun Azərbaycanda keçərli olub-olmaması Səhiyyə Nazirliyi tərəfindən yoxlanacaq”.

Bunu Prezidentin köməkçisi Şahmar Mövsümov bildirib. O qeyd edib ki, müvafiq yoxlamadan sonra həmin şəxsin sənədi sistemə daxil edilə bilər:

“Səhiyyə Nazirliyinin 9301 nömrəli qaynar xətti var. Əgər kimsə xaricdə peyvənd olunubsa və sertifikatı varsa, həmin qaynar xəttə müraciət edib sənədlərini təqdim etməlidir. Səhiyyə Nazirliyi buna baxacaq və əgər uyğundursa, sistemə daxil olunacaq”.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər