6 C
Baku
Sunday, December 15, 2024

Xaricdə yaşayanlar üçün onlayn Azərbaycan dili dərsi keçiriləcək

Təəssüf ki, Azərbaycandan kənardan yaşayan bu dilin daşıyıcısı olanların təhsili ilə bağlı problemlər var.

Bunu Ümummilli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində keçirilən Azərbaycan dili və ədəbiyyatı forumunda elm və təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, bu tədris ilindən etibarən, xarici ölkələrdə yaşayanlar üçün onlayn Azərbaycan dili dərsi keçiriləcək.

“Sevindirici haldır ki, artıq 400 nəfərdən artıq müraciət edən olub. Düşünürəm ki, Azərbaycandan kənarda yaşayan azərbaycanlılar üçün bu, vacibdir. Bir mif var ki, tədris dili Azərbaycan dili olan məktəblər digərlərindən geri qalır. Bu, yanlışdır. Bu mifi cəmiyyət olaraq dağıtmaq lazımdır və statistikaya istinad etmək vacibdir”, – nazir əlavə edib.

Son xəbərlər
Digər xəbərlər