9 C
Baku
Friday, December 13, 2024

Xaricdən əldə olunan gəlirlər üzrə kameral vergi yoxlamasının müddəti necə tənzimlənir?

Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından məlumatlar daxil olduğu halda kameral vergi yoxlamasının müddəti necə tənzimlənir?

Banker.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzunu şərh edən “Business Service Centre” şirkətinin maliyyə və mühasibat işləri üzrə layihə rəhbəri Ramin Mahmudzadənin sözlərinə görə, Vergi Məcəlləsinə 2023-cü il yanvarın 1-dən qüvvəyə minmiş dəyişiklikdən biri xaricdən əldə olunan gəlirlərlə bağlıdır.

R.Mahmudzadə qeyd edib ki, Məcəllənin 37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergiödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir.

Ekspert, həmçinin bildirib ki, xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir: “ Həmin müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz”.

Son xəbərlər
Digər xəbərlər