13 C
Baku
Friday, March 29, 2024

Xaricdən ən çox sifariş verilən 10 Azərbaycan məhsulu

2021-ci ilin yanvar-sentyabr aylarında Azexport.az portalına 367,6 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2021-ci ilin sentyabr ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 43,2 milyon ABŞ dolları təşkil edib.

2021-ci ilin sentyabr ayında Azexport.az portalına ən çox ixrac sifarişi pambıq, xurma, nar şirəsi, fındıq ləpəsi, un, meyvə cemi,  kərə yağı, qızılgül, qənnadı məhsulları,  tütün,  mühərrik yağı və s. mallara daxil olmuşdur.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2021-ci ilin 30 sentyabr tarixinə kimi (57 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən  daxil olan ixrac sifarişlərinin dəyəri 2,59 milyard ABŞ dolları təşkil edib.

Son xəbərlər
Digər xəbərlər