13 C
Baku
Tuesday, May 21, 2024

Xaricdən ət idxalının dəyəri artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 60 milyon 385 min ABŞ dolları dəyərində 33 min 643 ton ət idxal edib.

Dövlət Gömrük Komitəsinin aylıq hesabatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3 milyon 816 min ABŞ dolları (7%) çox, 3 min 747 ton (10%) azdır. Belə ki, 2019-cu ilin 9 ayında Azərbaycana 56 milyon 569 min dollar dəyərində 37 min 390 ton ət idxal edilmişdi.

Hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0,77%-ni təşkil edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər