Azərbaycana xaricdən daxil olmuş fiziki şəxslərin pul baratlarının həcmi illik müqayisədə 54 faiz azalaraq 1 milyard 281 milyon ABŞ dollarına düşüb.
Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Xaricdən ölkə əhalisinə pul köçürmələrində ən böyük təsir Rusiyadan (ümumi pul daxil olmaların 64.8 %-ni təşkil edir) qaynaqlanır. Belə ki, ötən ilin ilk 9 ayında Rusiyadan 2 milyard 779.26 milyon dollarlıq pul köçürmələr baş tutduğu halda, cari ildə bu rəqəm 63 faiz azalaraq 829.4 milyon dollara düşüb.
| Azərbaycana xaricdən daxil olmuş fiziki şəxslərin pul baratları barədə məlumat, ilin ilk üç rübü | |||
| Dövlətlərin adı | 2022-ci il | 2023-cü il | İllik dəyişmə |
| Məbləğ, min $ | Məbləğ, min $ | ||
| Cəmi | 2,779,259 | 1,280,754 | -54% |
| Rusiya | 2,267,336 | 829,410 | -63% |
| Türkiyə | 89,149 | 115,740 | 30% |
| ABŞ | 137,518 | 57,042 | -59% |
| Gürcüstan | 21,527 | 26,789 | 24% |
| Birləşmiş Krallıq | 24,468 | 25,764 | 5% |
| Almaniya | 45,466 | 23,472 | -48% |
| Qazaxıstan | 24,551 | 22,738 | -7% |
| BƏƏ | 23,228 | 21,863 | -6% |
| İraq | 2,057 | 18,524 | 801% |
| Səudiyyə Ərəbistanı | 11,563 | 12,304 | 6% |
| İsrail | 9,890 | 10,463 | 6% |
| Özbəkistan | 10,399 | 8,811 | -15% |
| İsveçrə | 8,931 | 6,947 | -22% |
| İrlandiya | 5,262 | 6,477 | 23% |
| Qətər | 6,700 | 5,927 | -12% |
| Avstriya | 3,688 | 5,490 | 49% |
| Fransa | 3,570 | 4,992 | 40% |
| Kanada | 4,488 | 3,966 | -12% |
| Niderland | 2,986 | 3,677 | 23% |
| Litva | 3,682 | 3,588 | -3% |
| Belarus | 4,969 | 3,237 | -35% |
| Küveyt | 2,223 | 2,802 | 26% |
| Qırğızıstan | 4,132 | 2,670 | -35% |
| Polşa | 2,802 | 2,659 | -5% |
| Latviya | 1,470 | 2,433 | 66% |
| İtaliya | 1,607 | 2,024 | 26% |
| Digər dövlətlər | 55,597 | 50,945 | -8% |







