12 C
Baku
Wednesday, December 11, 2024

Xaricdən Azərbaycan əhalisinə pul köçürmələr 54% azalıb

Azərbaycana xaricdən daxil olmuş fiziki şəxslərin pul baratlarının həcmi illik müqayisədə 54 faiz azalaraq 1 milyard 281 milyon ABŞ dollarına düşüb.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Xaricdən ölkə əhalisinə pul köçürmələrində ən böyük təsir Rusiyadan (ümumi pul daxil olmaların 64.8 %-ni təşkil edir) qaynaqlanır. Belə ki, ötən ilin ilk 9 ayında Rusiyadan 2 milyard 779.26 milyon dollarlıq pul köçürmələr baş tutduğu halda, cari ildə bu rəqəm 63 faiz azalaraq 829.4 milyon dollara düşüb.

Azərbaycana xaricdən daxil olmuş fiziki şəxslərin pul baratları barədə məlumat, ilin ilk üç rübü
Dövlətlərin adı 2022-ci il 2023-cü il İllik dəyişmə
Məbləğ, min $ Məbləğ, min $
Cəmi 2,779,259 1,280,754 -54%
Rusiya 2,267,336 829,410 -63%
Türkiyə 89,149 115,740 30%
ABŞ 137,518 57,042 -59%
Gürcüstan 21,527 26,789 24%
Birləşmiş Krallıq 24,468 25,764 5%
Almaniya 45,466 23,472 -48%
Qazaxıstan 24,551 22,738 -7%
BƏƏ 23,228 21,863 -6%
İraq 2,057 18,524 801%
Səudiyyə Ərəbistanı 11,563 12,304 6%
İsrail 9,890 10,463 6%
Özbəkistan 10,399 8,811 -15%
İsveçrə 8,931 6,947 -22%
İrlandiya 5,262 6,477 23%
Qətər 6,700 5,927 -12%
Avstriya 3,688 5,490 49%
Fransa 3,570 4,992 40%
Kanada 4,488 3,966 -12%
Niderland 2,986 3,677 23%
Litva 3,682 3,588 -3%
Belarus 4,969 3,237 -35%
Küveyt 2,223 2,802 26%
Qırğızıstan 4,132 2,670 -35%
Polşa 2,802 2,659 -5%
Latviya 1,470 2,433 66%
İtaliya 1,607 2,024 26%
Digər dövlətlər 55,597 50,945 -8%

 

Son xəbərlər
Digər xəbərlər