“İxrac İcmalı”nda 2020-ci ilin yanvar-dekabr ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib.
Banker.az xəbər verir ki, 2020-ci ilin yanvar-dekabr aylarında Azexport.az portalına 610.8 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2020-ci ilin dekabr ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 57.5 milyon ABŞ dolları təşkil edib.
2017-ci ilin yanvar ayından 2020-ci ilin 31 dekabr tarixinə kimi (48 ay ərzində) Azexport.az portalına dünyanın 142 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2 milyard 195.6 milyon ABŞ dolları təşkil edib.
2020-ci ilin dekabr ayında Azexport.az portalına ən çox ixrac sifarişi pambıq mahlıcı və pambıq yağı, fındıq ləpəsi, toyuq əti və yumurtası, qənnadı məhsulu, şərab, mühərrik yağı, kosmetik vasitə, nar şirəsi, tütün, yataq dəsti, buğda kəpəyi, zəfəran, çay və s. mallara daxil olub.