9 C
Baku
Friday, December 13, 2024

Xaricdən Azərbaycana gələn əcnəbilərin sayı dəfələrlə artıb – Dövlət Sərhəd Xidməti

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycana dünyanın 177 ölkəsindən 1458,5 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Banker.az xəbər verir ki, gələnlərin 27,7%-i Rusiya Federasiyası, 19,4%-i Türkiyə, 10,8%-i İran, 6,4%-i Səudiyyə Ərəbistanı, 5,0%-i Gürcüstan, 3,6%-i Hindistan, 3,2%-i Pakistan, 2,2%-i Birləşmiş Ərəb Əmirlikləri, 1,9%-i Qazaxıstan, 1,8%-i Ukrayna, hər birindən 1,6%- olmaqla İsrail və Özbəkistan, 1,4%-i Küveyt, hər birindən 1,2%- olmaqla Oman və Belarus, 11,0%-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 74,8%-ini kişilər, 25,2%-ini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Omandan gələnlərin sayı 33,8 dəfə, Küveytdən – 22,4 dəfə, Pakistandan – 20,5 dəfə, Səudiyyə Ərəbistanından – 17,2 dəfə, Hindistandan – 13,5 dəfə, Özbəkistandan – 6,7 dəfə, Qazaxıstandan – 4,9 dəfə, İsraildən – 3,9 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən – 3,3 dəfə, ABŞ-dan – 3,0 dəfə, Almaniyadan – 2,6 dəfə, Fransadan – 2,1 dəfə, Böyük Britaniyadan – 1,9 dəfə, Rusiya Federasiyasından – 1,8 dəfə, Ukraynadan – 1,6 dəfə, Türkiyədən – 1,6 dəfə, İrandan – 40,5%-, Gürcüstandan – 29,5%- artıb.

2021-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 2,5 dəfə artaraq 330,5 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,1 dəfə artaraq 68,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 2,0 dəfə artaraq 515,6 min nəfər olub.

 

 

Son xəbərlər
Digər xəbərlər